Jurnalist Ekspert Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb.
Missiya.Az xəbər verir ki, "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” adlanan layihə çərçivəsində internet televiziyası olan Missiya TV-də verilişlər yayımalanacaq.
Sentyabrın 1-dən başlayaraq iki ay müddətində həftədə bir dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu olacaq.
Verilişlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, YAŞAT Fondunun, şəhid ailələrinin, ictimai təşkilatların nümayəndələri, qazilər iştirak edəcəklər.
Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumatın verilmək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.