ABŞ-ın büqələmun siyasətinin hegemon cılızlığı

Özlərini hegemon adlandıran dövlətər əksər hallarda cılız siyasət yürütməklə barələrindəki imicin saxta olduğuna dair rəy formalaşdırmış olurlar. 


Əlbəttə, hər dövlətin özünün marağı var və belə də olmalıdır. Ancaq bir şərtlə, bu maraq başqa ölkələrin haqqına girmiş olmasın. Ümumi beynəlxalq standartların təməl prinsipi haqsızlığa qarşı barışmaz mövqeyə əsaslanır. Belə məqamlarda məsələlərə vahid baxış bucağından qiymət verilməsi şərtdir. Eyni motivli hadisələrə haçalanmış gözlərlə baxmaq, fərqli qərarlar çıxarmaq obyektivliyə zidd davranış, məkrli münasibətdir.  Beləsinə büqəlamun deyilir. Büqəlamunluq hegemon dövlətlərin önündə gedən ABŞ-ın boyuna biçilib. 

Rəsmi Vaşinqtonun yürütdüyü siyasətin süjeti riyakarlıq üzərində qurulub. Sözdə dünyanın azadlıq carçısı, demokratiya ixraçatçısı görüntüsü yaradan ABŞ əməldə tam əks mövqedə dayanaraq, ölkələrə özünün qondardığı əyri, çürük, saxta meyarlarla qiymət verməkdədir. Konkret fakta diqqət çəkək:  

Donbası və Krımı Ukraynanın, Dnestryanını Moldovanın, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın ayrılmaz hissəsi kimi  tanıyaraq beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ əraziləri 30 il Ermənistanın işğalında  olan Azərbaycana bir dəfə də dəstək vermədi, işğalçı Ermənistanın bütün regiona bəla gətirən terror fəaliyyətinə hər mənada kömək etdi. 

Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız 30 il işğalda qalmazdı.

Jurnalsit Ekspert Mərkəzi