Ermənistan adlanan ölkənin, hələ də sivil düşüncə tərzinə malik millət kimi formalaşa bilməyən ermənilərin sözün hər iki mənasında çıxış yolu - alternativi olmayan çıxış yolu Azərbaycan dövləti, tolerant həyat tərzində yaşayan azərbaycanlılardır.
İki yoldan biri mənəvi, digəri fiziki yoldur. Erməniləri nasizim təfəkkürünə pərçimləyən kilsə və hakimiyyət qəsbkarları “Böyük Ermənistan” mifini xalqın beyninə necə dürtmüşdülərsə, Azərbaycan 44 gün ərzində o xəstə beynlərdə əməliyyat apararaq 30 ildə sürətlə böyüyən dezinformasiya şişini çıxartdı. Xəstə toplumun sağalmaq üzrə olduğunu görən qəsbkarlar, quldurlar anladılar ki, belə getsə, xalq onları süpürüb dərəyə atacaq.
Əslində bu mübarək proses başlamışdı. Müharibədə uduzmağına baxmayarq, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya seçkidə yenidən qalib gəldi. Erməni toplumu xalq olmaq qərarı verdi və onları illərdir “dənizdən dənizə” xülyasında batıranları siyasət zibilxanasına atdılar. Vəziyyət o dərəcədə düzəlməyə başladı ki, Paşinyan hələ bu günə qədər ərazilərinin haradan-hara qədər olduğunu bilməyən Ermənistanın kadastrını hazırlamaq niyyətini açıqladı, ardından Azərbaycanın 86,6 kvadrat kilometr ərazsini tanıdığını bəyan etdi.
Quldurlar bu dəfə başqa məkrə əl atdılar. Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan işğaldan azad edilmiş Azərbaycanın bəzi ərazilərinə sığınaraq əhalini girov götürdülər. Qarabağ iqtisadi rayonu ərazisində yaşayan erməni əsilli etnik xalqın təmsilçiləri Azərbaycan vətəndaşlarıdır. Qeyri-qanuni silaha sarılaraq qondarma bir qurum yaradan terrorçular azərbaycanlıları girov götürüblər, regionda sülhün yaranmasına imkan vermirlər. Azərbaycan dövləti həm hüquqi, həm də mənəvi baxımdan bu çirkin mənzərə qarşısında səsiz qala bilməz və qalmır. Öz xalqına kömək olsun deyə, onlara fiziki mənada 3 yol təqdim edib:
1. “Laçın” keçid buraxılış məntəqəsi;
2. Ağdam – Xankəndi yolu
3. Füzuli-Şuşa yolu
Birinci yol iki ölkə arasında sərhəd buraxılış məntəqəsidir. Ermənilər sivil qaydada pasport yoxlamasından keçdikdən sonra məlum marşrut üzrə sərbəst hərəkət edirlər. İkinci və üçüncü yol Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayəti ilə humanitar yüklərin daşınması məqsədi üçündür. Qarabağa sığınan xunta rejim birinci yoldan təxribatlar törətmək məqsədilə yararlanmaq istədi, sərhədçilərimiz qarşısını dərhal aldılar. İkinci və üçüncü yoldan isə imtina etdilər.
Buyurun, mənzərə hətta Mars planetindən baxanda belə, aydın görünür. Hansı ölkə, hansı beynəlxalq qurum bu mənzərəni görmürsə, öncə gözündəki problemə əncam çəksin, Azərbaycanın təqdim etdiyi şəffaf mühiti ləkələməyə can atmasınlar, özlərinin yaratdığı çirkaba düşüb boğularlar. Boğulmaq istəmirlərsə, ölkəmizdəki nümayəndələrindən soruşsunlar. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev avqustin 16-da o şəffaf məzərəni 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçiyə yerində, məkanında təcrübi olaraq göstərib.
Deyib: Ağdam-Xankəndi yolu tarixən geniş istifadə olunub, Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndinə qədər uzanan dəmir yolu xətti də inşa edilib.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş yolların çəkilməsi olub. Bu yollar Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir. Azərbaycan Ermənistan istiqamətində dəmir və avtomobil yolları çəkir. Bu, onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Azərbaycan Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə yanaşı, nəqliyyat imkanları baxımından daha sərfəlidir. Yol, həmçinin yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin Azərbaycanın əsas nəqliyyat-infrastruktur sisteminə çıxışını təmin edir.
Füzuli-Şuşa yolu. Diplomatlara bu yol barəsində də dəqiq məlumat verən Hikmət Hacıyev bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndinə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən, bundan 24 saat sonra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun açılması nəzərdə tutulurdu. Lakin ermənilər orada beton sədlər quraşdırdılar. Daha sonra Azərbaycanı guya yolları bağlamaqda ittiham etməyə başladılar. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda bildirdi ki, Ermənistan yolları bloklayır, Azərbaycan isə avtomobil və dəmir yollarını açır.
Prezidenin köməkçisi diplomatlara hazırkı vəziyyəti lakonik şəkildə riyazi dəqiqliklə çatdırıb. Vəziyyətin ümumi məğzi belədir:
- Reinteqrasiyanın alternativi yoxdur.
- Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, dövlət onların hüquq və öhdəliklərini Konstitusiya əsasında təmin etməyə hazırdır.
- Ermənistan Azərbaycanın xoşməramlı addımlarına Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə mane olur, sülh müqaviləsi üzrə danışıqlara mənfi təsir göstərir.
- Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq.
- Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnamənin icrasına nail olmağa cəsarət tapamayan BMT Təhlükəsizlik Şurasının Ermənistanın qaldırdığı məsələni müzakirəyə çıxarması mənasızdır, gülüncdür, təsirsizdir.
- Ermənistan işğal zamanı Azərbaycan ərazilərini viran qoyduğuna görə üzr istəmək əvəzinə məkrli təbliğatla məşğul olur.
- Arqumentləri və mövqeyi hüquqi, siyasi, mənəvi baxımdan kifayət qədər əsaslı olan Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları, münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində normallaşdırılması prosesini dəstəkləyir.
- Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün onları iki dəfə - bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Ermənistan qeyri-konstruktiv yanaşma göstərərək bu dəvətlərdən imtina edib.
- Beynəlxalq ictimaiyyət Ermənistana yanlış və ziyanlı mövqdə olduğunu anlatsın.
- Avropa İttifaqı, Rusiya, ABŞ danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaşdırılması prosesinə, danışıqlara dəstək göstərməlidir.
Buyurun, danılmaz gerçəklik bir daha sübut edir ki, bütün işıqlı yollar Azərbaycandan keçir. Sülh prosesinin uzanması birbaşa Ermənistanın, erməni millətinin ziyanınadır. Beynəlxalq aləmə ünvanlanan erməni yalanlarının ayaq tutub yeriməsi mümkünsüzdür. 30 il danışdıqları yalan mərmilərə çevrilib başlarına yağdı. Kim uddu, kim uduzudu, kim dedi bağ mənimdir. Torpaqdan pay olmadı, ana torpaq mənimdir – Azərbaycanındır!
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri