Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən
müşavirədə bu gerçək bir daha təsdiqini tapdı.
Dövlət
büdcəsi record həddə, 36 milyard manatdan çox olan səviyyəyə yüksəlib. Əlavə
edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi
Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə
istiqamətlənib.
Prezident bildirib ki, hər şey nəzərdə tutulandan daha sürətlə
icra edilir: “Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin
sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər
qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna
qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar
öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış
proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə
tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin
qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə
fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri
icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik.
Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin
timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi
tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm
çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə
addımlar da atılacaq”.
Bu işlər ölkə başçısının fəaliyyətində birinci yerdə dayanır,
Prezidentin rəhbərliyi ilə bütün işlərə ciddi nəzarət olunur. Ərazilərdə ən
yüksək standartlar tətbiq edilir. “Bütövlükdə nəzərdə tutulmuş investisiya
proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən
12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm
ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb
istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi
hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni
zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki,
onları əsaslı şəkildə bərpa edir” – İlham Əliyevin çıxışındandaır.
Gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi
Zəngəzurun investisiya xərclərinə baxılacaq. Ölkə başçısı bildirib, elə etməliyik
ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək: “Yenə də deyirəm bizim maliyyə
imkanlarımız genişlənir. Amma o demək deyil ki, bizim bu sahədə problemlərimiz
yoxdur. Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə
Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye
inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə
resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə
böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin
toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə
ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu
da təbiidir”.
Nəhəng səviyyəli işləri Azərbaycan təkbaşına həyata
keçirir. Bu üzdən hansısa ölkənin üzərimzə gəlməsi, minnət dili ilə danışması mümkünsüzdür.
Əksinə, Azərbaycan başqa dövlətlərə dəstək göstərir, bunu təsdiqləyən onlarla
faktlar sadalamaq olar.
Bəsirə Həsənzadə