Azərbaycanla Ermənistan arasında sülh sazişinin
imzalanması istiqamətində mühüm qərarlar qəbul olunub.
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan
Baş nazirinin Aparatı razılığa gəliblər:
1. Azərbaycan 32 erməni, Ermənistan 2 azərbaycanlı hərbçini
azad edir.
2. Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini
geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.
3. Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan
COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
4. Tərəflər yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin
həyata keçirilməsi üçün müzakirələrini davam etdirəcəklər.
5. Azərbaycan və Ermənistan beynəlxalq ictimaiyyəti
iki ölkə arasında qarşılıqlı etimadının yaradılmasına töhfə verməyə, bütün Cənubi
Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırır.
Nəhayət vasitəçilər olmadan danışqlar baş tutdu. Müharibə çoxdan bitib, indi sülh zamanıdır. Əgər beynəlxalq aləm Cənubi Qafqazda sülhün yaradılmasını həqqətən istəyirsə, gərək ikitərəfli təmaslara müdaxilə etməsin. Problemin bütün nöqtələrinə qədər niyə və necə çözülməsini Azərbaycanla Ermənistandan başqa heç bir ölkə daha dəqiq bilmir. İmkan ver, dəstək ol, cənab xaric. Məhz belə təqdirdə regionda münqaişə ocağı daha heç vaxt alovlanmaz.
Jurnalist Ekspert Mərkəzi