Ölkəsinə qarşı düşmənlə birləşən adamlar həm mənəvi, həm də hüquqi baxımdan XƏYANƏTKAR adlanır!
"NoWar" təmsilçiləri olan bu tipli bir qrup gənc “İştirak evi” adlanan platformada keçirdiyi tədbirdə ölkə, xalq, dövlət əleyhinə ağır ifadələr səsləndiriblər. Onları dinləyəndə yüz faiz aydın olur ki, xarakterlərində ciddi çatışmazlıqları var, natamamalıq sindiromundan, nəinki əziyyət, hətta zülm çəkirlər. Normal düşüncəli azərbaycanlı anti-Azərbaycan dairələrin təsiri altına düşərək belə rəzil vəziyyət yaşamaz.
Videonu təqdim edirik, baxın və özünüz qiymətləndirin. Azərbaycanı “işğalçı dövlət”, “aqrerssor”, xalqı “işğalçı rejimi dəstəkləyən kütlə”, şəhid anasını “lom”, azərbaycanlılara dəfələrlə soyqırım yaşadan Ermənistanı “işğala məruz qalan” ölkə adlandıran, qondarma “Artsax”ı respublika kimi təqdim edən ermənilərin bəyanatına dəstək bəyanatı yayan bu adamlar sözlərinin dalı-qabağı olmayanlar sinfinin dalqabaq nümayəndələridir.
“Açıq Cəmiyyət İnstitutu”, “Soros Fondu” kimi qlobal təşkilatlar müxtəlif ölkələrin daxilində cəmiyyətləri parçalayan, xaos yaradan, vətəndaş qarşıdurmasına xidmət edən layihələr həyata keçirir. Layihələri “demokratiya”, “sülh”, “sosial rifah”, “mədəniyyət” pərdəsinə bürüyərək təqdim etsələr də, ilk andaca ifşa olunurlar. “Müharibəyə müqavimət göstərmək” cəhdləri altında işğalçı Ermənistanın çirkin əməllərinə haqq qazandırma məqsədi daşıyan layihələrinə bir neçə dalqabaq azərbaycanlını tapıb qoşa bilsələr də.
Məsələn, Postsovet Sülh Təşəbbüsü layihəsinin (Post Soviet Peace Initiative) 200-ə yaxın üzvü var, onlardan 86-sı azərbaycanlı, 73 nəfəri erməni, qalanları digər xalqların nümayəndələridir. Onlar Türkiyədə fəaliyyət göstərən “Nor Zartonik” erməni təşkilatının 2020-ci ilin oktyabrının 1-də yaydığı bəyanata dəstək bəyanatı yayıblar. Bəyanatda ““Artsakh” xalqının ölümə məhkum edildiyi” söylənilir. Türkiyə mediası həqiqətləri yazdığı üçün pislənilir. Mətndə Qarabağdakı separatçıların 1991-ci ildə müstəqillik haqqında Referendum keçirdikləri və orada yaşayan “xalqın” öz müqəddəratını müəyyən etdiyi xüsusi vurğulanır.
“Erməni sülh göyərçinləri”nin qanadları altına girən özünü azərbaycanlı kimi göstərən “sülh göyərçinlər”i təmsil olunduqları xalqa qarşı quzğun hücumuna keçiblər. 2016-cı ilin aprel döyüşlərində Ermənistanın təxribatına cavab verərək anti-terror əməliyyatı keçirən ordumuzu “terrorçu”, Azərbaycan dövlətini isə “işğalçı” kimi təqdim edirdilər.
Saxta leberal donuna girənlərin xəyanəti Polşalı araşdırmaçı jurnalist Miloş Podnanskini, Gürcüstanın “Rustavi-2” telekanalının aparıcılarını, hətta Ermənistanın “Hraparak”, “Haykakan Jamanak”, “Pastinfo”, “Mamul” media qurumlarını da təəcübləndirmişdi.
Polşalı həmkarmız yazırdı: “Qəribədir ki, ərazilərinin 20%-i işğal altında olan Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər (“no war”çılar nəzərdə tutulur) əslində kollaborasionist və məğlubiyyətçi mövqedən çıxış edir”. “Rustavi-2” Azərbaycandakı neoliberalların “müharibəyə yox” şüarı altında əslində Corc Sorosun ideyalarını təbliğ etdiyini vurğulayırdı. Ermənilərin adını çəkdiyimiz saytları azərbaycanlı “no war”çıları qəribə məxluqlar adlandırırdı.
44 günlük Vətən müharibəsi zamanı eyni dalğa və koordinatdan tapşırıq alan dalqabaqlar 30 illik işğala son qoymaqda olan əsgərlərimizə “terrorçu” deyirdilər.
Özlərini sülh tətəfdarı kimi aparırlar, faktiki Cənubi Qafqazda əbədi sülhə nail olmağa çalışan Azərbaycan dövlətinə böhtanlar yağdırırlar. Bütün dünya görür və əksər ölkələr təsdiqləyir ki, işğal faktına son qoyulandan sonra sülhə mane olan dövlət məhz Ermənistandır, Qarabağ iqtisai rayonunda yaşayan erməni əsilli azərbaycanlıları girov saxlayan erməni terrorçularıdır. Azərbaycanın ərazisində “dövlət” qurmaq xülyasının torunda çabalayan terrorçuya dəstək verən “no war”çıların sülh tərəfdarı olduqlarını düşünmək belə, əbləhlikdir.
Sülhün əsas göstəricilərindən biri Qərbi Azərbaycan İcmasının tarixi torpaqlarına geri qayıtmasıdır, o cümlədən Qarabağdakı ermənlərin Azərbaycan qanunları çərçivəsində dinc və eyni hüquqlu yaşamalarıdır. “No war”çıların ritorikasına baxın. Yazırlar: “Cəhənnəm olsun, Qərbi Azərbaycan!” Deməli, sülhü də cəhənnəm bilirlər. Yuyulmuş beyinlər, ağa qara, qaraya ağ deyərlər. Allah sənə rəhmət etsin, “Manqurt” əsərinin müəllifi Cingiz Aytmatov.
Liberalizm erməni lobbisinin terrorçu düşüncəsinə, Corc Sorosun “xaos yaratmaqla təsir göstərmək” ideyasına xidmət etmək deyil, liberalizm feministlərin əxlaq çərçivəsindən çıxması anlamını vermir, liberalizm seksual azlıqların milli genetik fondumuzu dağıtmasına yol aça bilməz.
Bir olmuşu da yazım: Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi 2015-ci ildə "Diqqət Düşmən mətbuatıdır! adlı layihə həyata keçirirdi. Layihənin məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri açan, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən yayılan təxribat xarakterli informasiyaların qarşısını almaq idi.
Layihənin gedişatı zamanı “Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması" İnstitutu layihəni "ifadə azadlığına qarşı fəaliyyət” kimi dəyərləndirən açıqlama yaydı. Açıqlamada iddia olunurdu ki, layihə “Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etməyə qarşı" yönəlib və bunun adı senzuradır. Halbuki 1990-cı ildə qüvvəyə minmiş Böyük Britaniyanın Dövlət Sirri Haqqında Qanununun 1-ci, 2-ci, 5-ci və 6-cı maddələrinə görə münaqişə tərəfinin informasiyalarını yaymağa qarşı daha sərt tədbirlər nəzərdə tutulub.
Sizi bax belə aldadırlar və nəticədə həqiqəti dalqabaq anlayırsınız.
Ceyhun Musaoğlu