Qərbin Ukraynanı Rusiyaya qurban verdiyini təsdiqləyən növbəti
mötəbər yazı bu dəfə “Foreign Affairs” nəşrində dərc olunub.
Yazının müəllifləri – Richard Haass və Çarlz Kupçandır. Birinci Xarici Əlaqələr Şurasının fəxri
prezidentidir, ikinci Xarici Əlaqələr Şurasının baş elmi işçisi və Georgetown
Universitetinin professorudur, Obama administrasiyası dövründə Milli Təhlükəsizlik
Şurasında Avropa işləri üzrə baş direktor vəzifəsində çalışıb.
Mənbə kifayət qədər mötəbərdir. Yazının dərc olunduğu sayt ABŞ-ın ciddi media resurslarından biridir, Ağ Evin əhval ruhiyyəsini əks etdirən
yazılara daha çox üstünlük verir.
Yazıda Ukraynanın satılması istiqamətində hazırlıq getdiyi aydın ifadə olunub. ttps://www.foreignaffairs.com/ukraine/redefining-success-ukraine
Məğz belədir:
- Rusiyanı məğlub etmək mümkünsüzdür
- Barışıq masasına oturmaq və aktiv hərbi əməliyyatları
dondurmaq
- Ukrayna silahlarını boşuna xərcləyir
- Ukrayna üçün Qərbin verdiyi silahlar uzunmüddətli təhlükəsizliyə
qoyulan sərmayə olsun
- Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq
yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları
- geniş beynəlxalq nəzarət altında, çox güman ki, BMT-nin himayəsi altında işlənməlidir
- ATƏT-də prosesdə iştirak etsin
- ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları
koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm də
Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyi götürməlidirlər
- Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün vaxt cədvəlini
sürətləndirməlidir
- Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları
Ukraynanı tərk edənə qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası
arxasında ərazi bütövlüyünü bərpa etməyə kömək edəcəklər.
- ABŞ seçkilərinə hələ
bir il var və bu, Ukraynanı uduzacaq bir nəticəyə gətirib çıxara bilər. Nə
Vaşinqton, nə də Kiyev belə riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks
etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Əks təqdirdə
Ukraynanın gələcəyini düşünmədən riskə atmaq olardı.
Açıq görünür, Qərb Ukraynanı nəinki qalib edə bilmədi, hətta qorumağı bacarmadı. Ukrayna misli görünməmiş dağıntılar yaşadı. Bir ölkənin bütün şəhərləri müharibə nəticəsində dağıdılıb, xalqı dünyaya səpələnib. Ümüd və şou burulğanına düşən Ukrayna dövləti məğlubolunmuş duruma düşüb. Bu gerçək sözügedən yazıda təsdiqlənir və yeganı çıxış yolu açıq qeyd olunur: Çıxış yolu vəziyyəti beləcə saxlamaqdır.
Bunca rəzlətdən sonramı, cənab Qərb?
Jurnalist Ekspert Mərkəzi