Azərbaycan BMT-nin, ATƏT-in və onun Minsk Qrupunun nəinki həll edə bilmədiyi, əksinə, hər addımda həllinə mane olduğu Qarabağ probleminə 44 gün ərzində əbədi son qoydu.
Xüsusən ATƏT-in Minsk Qrupu funksiyasına zidd fəaliyyəti ilə münaqişənin uzadılmasına çalışırdı. Ata ət yedirtməyə çalışan üçbaşlı oyuncaq MQ hər dəfə regiona səfər edərkən cəbhə xəttində ermənilərin gülləbaranına tuş gəlsələr də, yekun bəyanatlarında Ermənistanın atəşkəsi pozması faktını dilə gətirmədilər. Susanda belə, işğalçının xeyrinə susdular. Danışmaları lap betər idi.
ABŞ-ın MQ-dakı həmsədirliyi dövründə təyin etdiyi nümayəndələr riyakar mövqeləri ilə bir-birinin tayı oldular. Azərbaycanın işğala məruz qalan ərazilərinin viran edilməsi hadisəsinə kar, kor, lal reaksiyası göstərdilər. ABŞ Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım göndərərək, Cənubi Qafqazda terrorçuluğun inkişafına bir başa təkan verdi.
Halbuki Azərbaycan 2021-ci ilin 11 sentyabrında Nyu-York və Vaşinqton şəhərlərində yaşanan dəhşətli terror hadisəsindən sonra ABŞ-ın yaratdığı antiterror koalisiyasına qoşulmuşdu. ABŞ isə cavabında Qarabağdakı cinayətkar rejimin ofisini ilk dəfə olaraq ölkəsində yaratdı. Separatçıların Amerikaya yolları tamam açıldı, “Qarabağa yardım” adı altında oralardan topladıqları çirkli pullar hesabına Azərbaycan torpaqlarında cinayət əməllərini daha da genişləndirdilər.
Demokratiya çarçısı kimi görünməyə çalşan ABŞ erməni terrorçuları ilə eyni səviyyəyə düşdü, eyni çəkiyə malik oldu. ABŞ-ın 1989-cu ildən prezidenti olan bütün siyasətçiləri ermənilərin işğalçı əqidəsini qidalandırmaq peşəsinə sadiq qaldılar. Qədim peşədir!
Ceyhun Musaoğlu