Böyük ehtimalla Fransanın Makron rejimi tarixə rəzil
siyasət yürütməsi ilə düşəcək. Ən çox yumurta zərbəsinə tuş gələn Fransa Prezidenti
fransızları da yumurta qabğına yerləşdirmək xətti tutub.
Cənab Emmanuelin iki dönəmlik prezidentliyi dövründə
Faransanın paytaxtında və şəhərlərində yaşanan etirazlar o həddə çatdı ki,
polislə vətəndaş qarşıdurması fonunda yeni vəhşi mərhələ yaşandı. Polislər etirazçıları
itlərinə yedirtdilər. Hələ onların üstünə at sürdükləri də az olmadı.
Burada deyiblər, at izi it izinə qarışıb. Bu da fakt: Polis
Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetməni irqi zəmində qətlə yetirib.
Öldürülən əlcəzair əsillidir.
Fransanın üzünü qara edən Əlcəzair. Nə qədər nasist
olasan ki, qara ləkə olaraq fransız mədəniyyətsizliyinə damğa olan hadisənin
kiçik epizodlarını hələ də yaşadasan.
Fransızlar küçələrə axışıb. Tabe olmaqdan imtina etdiyinə
görə polisin yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi hadisəsi Makron hakimiyyətinə
qarşı qəzəbi vulkana döndərib.
Polisin həbs olunması da insanların hirsini
soyutmayıb. Barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar
törədilib. Qanlı etirazlar genişlənir. Artıq hakimiyyətə qarşı kütləvi itaətsizlik
baş verir.
Başqa ölkələrə demokratiya, insan haqqlar dərsi keçmək
iddiasından yıxılan Makron rəzil günlərini yaşayır. Çox təəssüf ki, beynəlxalq
təşkilatlar hadisələri seyr edirlər. Məsələyə “demokratiya bir ölkənin yox bütün
ölkələrin ümumi mövzusudur” konteksində yanaşdıqda Avropa təsisatlarının
ağızlarına su alıb dayanması iyrənc mənzərə yaradır. Yəqin ki, Azərbaycanın
müxtəlif zümrələri “Fransada irqiçiliyə son” nidası ilə dünyaya səslənəcəklər.
Bu işdə ölkəmizi Avropada təmsil edən deputatların fəallığı məqsədəuyğundur.
Sadəcə, bir sual açıq qalır. Demokratik davranışdan dəm
vuran Makron qaynadığının fərqində deyilmi? Özünü də görmür? Görmür ki, fransız
xalqı az qala ona nifrət hissi ilə münasibət göstərir?
Dünyanın idarəçiliyi görün kimlərin əlindədir.
Normalda Fransa nəinki 8-liyə, heş 80-liyə də daxil ola bilməz. Bu fakt bir daha
göstərir ki, dünyanın siyasəti haqsızlıq, ədalətsizlik, hüquqsuzluq müstəvisindədir.
Jurnalist Ekspert Mərkəzi