Forum həm də bir araya gəlmək deməkdir. QHT Agentliyi növbəti yenilik təqdim etdi. Həm forması, həm də məzmunu fərqli xarakterli Forumda köhnə naxışlar da qalmışdı. Bir araya gətirmək, bir araya gəlmək qədər çətindir. Əsas odur toplarlanırıq. Biz Şuşa zirvəsinə ucalmış xalqıq. Bu ucalığı cəmiyyətə endirə də bilərik, pis də görünməz. Ucalığın ictimai vəziyyətə obyektiv münasibəti olar. Ancaq biz belə etmərik yəqin. Cəmiyyəti Şuşa zirvəsinə qaldıraq.
Nəhəng öhdəliyimiz var - nə gözəl. Yeni müsabiqə elan olunub, 3 maliyyə həddi var, bu da qəşəng. Qaldı, ideya və iş. Bir də ideya və işə verilən maddi və mənəvi dəstəyin səmimiyyəti.
Dünya özü də bilir, onu ancaq səmimiyyət xilas edə bilər. İçərisində bütün doğruları birləşdirən hisslər toplumunun adı səmimiyyətdir.
Forumda Tural müəllim sərt danışdı. Bu danışığın özü səmimiyyətdir. Doğrunu deyir. Vəziyyətin mənzərəsini göstərir.
İctimaiyyətin varlı düçüncə tərzinə malik olmasına çalışmaq məhz QHT-lərin əsas funksiyasıdır. Cəmiyyət bu istiqamətdə həqiqətən axsayır. QHT-lər ictimai həkimlərdir, diaqnozu da biz qoyaq müalicəni də biz edək.
Sistem necə işə salınsa elə də işləyəcək. Yaxşı başlamışıq, həvəsli olaq.