15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistandan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindəki buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunu yaralayan iki erməni snayperi məhv edilib.
Laçın dövlət sərhədindəki buraxılış məntəqəsində prosedur qaydalara uyğun şəkildə bayrağımızı ucaldan DSX-nın hərbi qulluqçularını atəşə tutan ermənilər anındaca arzuları ilə birlikdə məhv oldular:
1. Yaralanan hərbçimizin səhhəti yaxşılaşır.
2. Gülləni sinələri ilə muma döndərən qəhrəman hərbçilərimiz silahlı təxribatın dərhal ardınca əzəmətli bayrağımızı həmin nöqtədəki ucalığına qaldırdılar.
3. Ermənistanın qanlı təxribat törədən iki erməni snayperi məhv edildi.
4. “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırıldı.
5. Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.
Bədbəxt erməni ordusunun avam hərbçiləri, quldurluq təfəkkürünə pərçimlənib Azərbaycana qarşı təxribata əl atan kimi, elə tərzdə cavab alırsız ki, xalqınız sizə görə zülm çəkməli olur.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı törətdiyiniz vəhşiliyin qarşılığında bu idman növü üzrə dünya çempionatına ev sahibliyi etmək yasağı ilə üzləşdiniz.
Ermənistan quldur ermənilərin ucbatından dünyadan təcrid olunmuş vəziyyətdədir, xalq rəzil gündə yaşayır. Yalnız sülh sazişi imzalanacağı təqdirdə adam balası kimi rahat yaşamaq şansı qazanacaq. Belə vəziyyət Qarabağın rus sülhməramlılarının nəzarətində olan ərazilərindəki kəsəyən deşiklərində gizlənən quldur, terrorçu ermənilərə sərf etmir. Onları nə xalqları, nə dövlətləri, nə cəmiyyətləri maraqlandırır. Quldur bir yol tanıyır, o da talançılıq, başqalarına məxsus olanlara göz dikərək özgə malını mənimsəmək. Bu yol deyil, yola bənzər ilandır, 30 il getdiz və 44 gün içərisində acı nəticəsini yaşadız.
Ceyhun Musaoğlu