Məndən müxbir olarmı görən - Standartdan uzaq iki xəbər

Mətbuat Şurası ənənəsinə sadiq qalaraq bu dəfə iki əziz həmkarımızın ard-arda yubiley tədbirini təşkil etdi. Dost məclisləri oldu. Müxbirlik jurnalistikanın canıdır. Tədbirlərdən iki xəbər yazdım. Xəbər məhfumunun məna baxımdan standartından çıxmağa cəhd göstərdim. Düşündüm oxusalar gənc və tələbə jurnalistlərə də gərək olar.

İndiki dildə master-klass deyirlər, mən təvəzökarlıqdan uzaq olmağı bacarmıram, eləcə oxusalar çox və yaxşı iş görmüş olarıq.
Buyurun, fərqli standartda iki xəbər.
Qeyd: Hər iki məlumatın sonunda peşəkar jurnalistə ilk oxunuşda yad gələn bir cümləlik xatırlatma var. Onu yazmaq yeni media qaydalarına uyğunlaşmaqdır, daha dəqiqi əməl etməkdir. Jurnalist Ekspert Mərkəzinin saytı var, oradakı bütün yazılar ancaq mərkəzin fəaliyyətini əks etdirir. İdarə Heyəti üzvlərinin açıqlaması, layihələrimiz, müəllif yazılarımız, tədbirlrdə iştirakımız, medianın monitorinqi barədə fikirlrimiz saytın əsas yazı bazasını təşkil edir. Mediaekspert.az Reyestr xidmətinə müraciət etməyib ona görə ki, xəbər saytı deyil, təşkilat saytıdır. Təşkilatın rəhbəri, yaxud rəhbərliyi, hansısa tədbirdə iştirak edir, söz söyləyirsə onun xəbərini gərəkdir ki, bu faktı xatırlatmaqla yayaq. Əks təqdirdə biz tədbir xəbəri vermiş olarıq ki, onda xəbər saytının vəsifələrini icra edərik, ardından 20 özəl xəbər verməliyik, ştatda işçilərimiz olmalıdır, onlara maaşlar verməliyik... Biz layihələr zamanı cəmi iki işçiyə maaş veririksə, verə biliriksə xəbər saytı adına iddi etməyə dəyməz.
Əsas yerdə kapital dayanmalıdır. Onu düzgün xərcləmək, onu düzgün qazanmaq. Budur ən böyük həqiqət - maddi həqiqət))
Keçək deməyə utandığım master-klas məsələsinə)):

Aida Eyvazlının olduqca zəngin fəaliyyət yoluna 60 illik baxış – Fotolar
Azərbaycan Mətbuat Şurasında AZTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazovanın 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Mərasimdə yubliyarın dostları, peşə yoldaşları, ictimaiyyətin digər nümayəbdələri xoş sözlər söyləyib, xatirələr danışıblar.
Aida Eyvazlının olduqca zəngin jurnalistlik, publisistlik fəaliyyəti bir daha xatırlanıb və çıxışlarda bu məqmalara dəfələrlə istinad olunub.
Tədbiri MŞ-sədri Rəşad Məcid aparıb və səslənən fikirlər zəngin məzmunu, azad təbii ruhu ilə seçilib.
Aida Eyvazlı dostların diqqətindən məmnunluq duyduğunu, yaşamaq və yaratmağın həvəsində məhz bu kimi məmnunluqların rou olduğunu vurğulayb. Sağalam, azad və rahat yaşamaq – Nurlu imzanın işığına toplananlar belə həyat tərzinin Aida xanıma yaraşdığını deyib, ona həmişə xoş günlər yaşamağı arzulayıblar.
Yubiley mərasimdində Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib.

***

Öncə gen, sonra mühit, ardından sevgi qarışıq peşəkarlıq - Kərim Kərimli günü + Fotolar

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə tanınmış jurnalist, Qarabağ və Şuşa mövzusunun tədqiqatçısı, yazıçı və publisist Kərim Kərimlinin 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə jurnalistin dostları, həmkarları, iş yoldaşları, əzizləri xoş sözlərini deyiblər.
Xatirələrin hamısı Qarabağ ruhlu olub. Kərim Kərimlini gəzən Şuşa kimi tərənnüm ediblər.
Kərim Kərimlinin fəaliyyəti barədə rəsmi məlumatı MŞ sədri Rəaşd Məcid səsləndirib.
Jubliyar ona verilən bu qiymətin əvəssiz olduğunu dilə gətirib. Ona bu yaşı verməyənlərə "Şuşasız günlərdə Tanrı məni bir qədər zəif sürətlə yaşatdı ki, Şuşanın işğaldan azad olunmasını görə bilim".
Çıxışçılar belə zəngin, səliqəli və mədəni yaşadığına görə Kərim Kərimlinin milli əqidəsinə əhsən deyiblər.
Öncə gen, sonra mühit, ardından sevgi qarışıq peşəkarlıq Kərim Kərimlinin adlı və sanlı olmasında mühüm əhəmiyyət kəsb edib.
Jubliyar jurnalistin qızının "Mən atam kimi yaşamaq istədiyimə görə xoşbəxtəm" ifadəsi nurlu görüşün nida əhəmiyyətli akkordu olub.
Jubiley tədbirində Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib.