Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında silahlı quldur dəstələri yaradan və daim təxribatlar törədən erməni terrorçularına başçılıq edənlər sonu ağır fəsaslara gətirib çıxaracaq böhtan mahiyyətli mək rli təbliğata başlayıblar.
Azərbaycan ərazisində gizlənən qeyri-qanuni silahlılar faktiki girovluqda saxladıqları erməni əhalisi arasında dezinformasiya yayaraq, Azərbaycanın onları blokadaya aldığını iddia edirlər.
Dövlət Sərhəd Xidmətinin (DSX) Laçın dövlət sərhədindəki buraxılış məntəqəsində xidmət aparan Azərbaycan hərbi qulluqçusunun 15 iyun 2023-cü il , saat 08:45-də Ermənistan ordusunun snayperinin açdığı atəş nəticəsində yaralanması hadisəsinə cavab olaraq "Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.
Azərbaycanın vətəndaş cəmiyyəti institutu nümayəndələrinin Şuşa-Xankəndi yolunda “Eko terrora son” şüarıyla àkeçirdiyi etiraz aksiyasının da səbəbi həmin quldur erməni dəstəsinin xüsusən “Qızılbulaq” “Dəmirli” mis-molibden yataqlarındakı talançılq əməlləri idi . Aksiya dövründə dünya ictimaiyyətini yolun bağlandığına, blokadada qaldıqlarına inandırmağa çalışsalar da faktların qarşısında aciz duruma düşürdülər. Humanitar avtomobil karvanları o yoldan maneəsiz keçirdi.
Qarabağın bəzi ərazilərinə sığınan qeyri-qanuni silahlı erməni birləşmələri sülhməramlıların gözü qarşısında Laçın, Gorus istiqamətində silah-sursat, tanklar, hərbi avtomobillər daşıyırdılar. Bununla yanaşı qanlı təxribatlara da yol verirdilər. Atışmalarda hər iki tərəfdən itkilər yaşanırdı. Müşahidələrdən və kəşfiyyat xəbərlərindən aydın olurdu ki, quldurlar Azərbaycanın haqq uğrunda apardığı müharibədə 44 gün ərzində məğlub olmalarını həzm edə bilmirlər, bununla da Ermənistsnın sülh şəraitində yaşamaq imkanlarını heçə endirməyə cəhd göstərirlər.
Bütün bu gerçəkləri əsas götürən rəsmi Bakı "Laçın” sərhəd-buraxılış məntəqəsi qurdu. İyunun 15-nə qədər yoxlama prosesi tam demokratik və peşəkar səviyyədə aparılırdı. Ermənilərin pasportlarına baxış keçirilir və sərbəst hərəkətlərinə icazə verilirdi.
İki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı liderlər səviyyəsində aparılan ikitərəfli, üçtərəfli görüşlər də müsbət məcrada davam edirdi. Rəsmlər, o cümlədən yerli və beynəlxalq səviyyəli siyasi ekspertlər sazişin bu il ərzində imzalanacağı ehtimalının yüksək olduğunu söyləyirlər.
Erməni separatçıları bu günə qədər törətdikləri cinayət əməllərinin bədəlini ödəyəcəklərini bildiklərindən, Cənubi Qafqazda sülhün bərqərar olmasına hər vəclə mane olmağa çalşırlar. Baxmayaraq ki, Azərvaycan Prezidenti cənab İlham Əliyev Laçın şəhərindəki çıxışında bir qrup erməninin silahları yerə qoyub qondarma vəzifələrindən istefa verəcəkləri təqdirdə onlara amnistiya şamil olunması məsələsinin gündəmə gələ biləcəyini vurğulamışdı.
Görünən odur ki, separatçılar vəziyyəti daha da gərginləşdirmək planının növbəti mərhələsinə qədəm qoyublar. Qarabağda yaşayan ermənilərin beyinlərinə "Azərbaycan sizi girov saxlayıb" yalanını yeritməklə müharibəyə hazırlaşırlar.
İyunun 15-də məhz Ermənistan ordusunun snayperlərinin xidməti vəzifəsini yerinə yetirən dinc Azərbaycan hərbçisini yaralaması onu deməyə əsas verir ki, Qarabağdakı erməni terrorçuları miskin duruma düşmüş ordularını da müharibəyə sürükləyir.
İyunun 20-də Ermənistan Müdfafiə Nazirliyi növbəti yalan məlumat yayaraq iddia edib ki, Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı dərhal təkzib edərək, iddianı erməni təxribatı adlandırıb. Bu fakt onu göstərir ki, separatçılar Erməistanın Müdafiə Nazirliyini də müharibəyə vadar etməyə çalışırlar.
Yeri gəlmişkən, ermənilərin terrrorçu dəstələrindən olan Arabo-nun komandiri Manvel Yeqiazaryan dünən yeni müharibə çağırışı ilə çıxış edib. Bu o Yeqiazaryandır ki, rəhbərlik etdiyi terrorçu dəstəsi 1992-ci ildə Gəncə batalyonu tərəfindən Həsənqaya əməliyyatı zamanı məhv edilib, özü qaçaraq canını qurtara bilmişdi.
Arabo kdəstəsi uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə Youtubeda batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.
Qeyd edə ki, “Arabo” dəstəsi 1989-cu ildə, yaradılıb. “Arabo”nun Xocalı soyqırımında iştirak etdiyinə dair məlumatlar var. Dəstənin döyüşçüləri I Qarabağ müharibəsi dövründə azərbaycanlıların kütləvi qətliamı əməliyyatlarında yaxından iştirak ediblər.
Terrorçu Yeqiazaryanın indi erməniləri total səfərbərliyə və yeni müharibəyə çağırması şübhəsiz ki, təsadüf hesab oluna bilməz. Bütün bunların hamısı, ermənilərin müharibə hazırlığında olduğunu göstərən danılmaz faktlardır.
Xatırladaq ki, Ermənistanın qanlı təxribat törədən iki erməni snayperi həmin hadisədə məhv edilib. 44 günlük Vətən müharibəsinin nəticəsini, təxribatların qarşısının Azərbaycan tərəfindən daim sərt şəkildə alındığını nəzərə almadan yenidən müharibə ocağı yaratmaq erməni quldurlarının sonu olacaq.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri
Xüsusu olaraq Missiya.az üçün