Tərəfdaşlarına qarşı Fransanın casus xəyanətini DTX-nın ifşa etməsi haqqın təntənəsidir

Fransa Prezidenti Emmanuel Makronun məkrli əməlləri bu dəfə Azərbaycanda ifşa olunandan sonra Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyenin vəzifəsindən çıxarıldığı rəsmi təsdiqini tapdı.

Fransa mətbuatının https://www.francetvinfo.fr/ yazdığına görə onun vəzifəsinə Daxili Təhlükəsizlik Baş İdarəsinin 5 il rəhbəri olmuş  (DGSİ) Nikolas Lerner gətirilib.


         Bernar Emye                               Nikolas Lerner               

“Çox bilən quş dimdiyindən bəlaya düşər” – bizim ataların sözüdür. Bizim atalar boşuna fikir söyləməzlər. Özünü çoxbilmiş quş kimi aparan Rəsmi Parisi məhz bizim Dövlət Təhlükəsizlik Xidməti tora saldı. Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovaya dimdik uzadan Fransanın Azərbaycandakı səfirliyində daxili rezidenturanın çirkin kəşfiyyat əməlləri üzə çıxdı.

https://www.identifier.in.ua/ saytının yazdığına görə, Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş bu ölkənin vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. 

Bernar Emyenin istefası da Afrika və Cənubi Qafqazdakı uğursuz fəaliyyəti ilə bağlı olub. Azərbaycan DTX-sı rəsmi Parisi necə silkələyibsə, məmurları hökumət budağından yetişməmiş yerə düşür. Fransa xüsusi xidmət orqanları rəzil vəziyyətdədir. DTX onlara peşəkarlığın ustad dərsini keçdi və sübut etdi ki, ölkəmizə heç bir qüvvə kəc gözlərlə baxa bilməz, Azərbaycandan çirkli məqsədlər üçün yararlanmaq mümkünsüzdür.




DTX-nın əlində casus şəbəkəsinin əmələrinə dair sənədlər var. Təbii ki, geniş araşdırmalar davam etdiriləcək, ortaya yeni faktlar çıxacaq. Koloniyasında saxladığı xalqlar, ölkələr Fransanın Makron hakimiyyətinə olan nifrətini açıq və sərt şəkildə bəyan edir. Azərbaycandakı ifşa hadisəsində əksini tapan faktlar həm şəbəkənin hədəfində olduğu, həm də Yaxın Şərq, o cümlədən Cənubi Qafqaz dövlətlərini Fransaya qarşı haqlı etiraza kökləyəcək. Səfirlikdəki rezidenturanın fransızlara tərəfdaş olan ölkələrə yönələn casusluğu bağışlanmayan hərəkətdir. Geniş əlaqələrindən istifadə edən rezidenturanın region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırması, təsir dairəsini genişləndirməsi onları istiqamətləndirən Fransa hakimiyyətinin başında dayanan Makronun qeyri-səmimi “siyasətçi” olduğunu təsdiqləyir.



Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri istintaq altındadır. Vətəndaşları tərəfindən dəfələrlə yumurta atəşinə məruz qalan Fransa Prezidentinin bu uğursusluğu da tarixə qırmızı ləkələrlə düşəcək.  

Emmanuel Makronun sələflərinin yanlış siyasətini acımasızcasına davam etdirməsi nəticəsində Korsika, Polineziya, Yeni Kaledoniya, Qviana, Guadeloupe, Martinique adaları, Komor adası müstəmləkə altındadır.  


Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımların səbəbkarı da Fransadır.

Fransa Vyana Konvensiyas və xeyli beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq, dövlətlərin daxili işlərinə qarışır, təxribatlar törədir.  

Azərbaycan rəsmi Parisin neokolonist siaysətinə həmişə etiraz edir və DTX-nın gerçəkləşdirdiyi sonuncu ifşa əməliyyatı Rəsmi Bakının tam haqlı olduğunu  növbəti dəfə təsdiqlədi.  


Jurnalist Ekspert Mərkəzi