Ukrayna xalqı sizə nifrət edir – Qərbin cəhənnəm hədəfi: Ermənistan, Moldava, Gürcüstan

Qafqazı yenidən münaqişə ocağına çevirmək istəyən Qərb bu dəfə Paşinyana Zelenski və Saakaşvilinin taleyini yaşatmağa hazırlaşır.

Ermənistanın baş naziri siyasətdə piyada olduğu üçün Vətən müharibəsindəki rəzil məğlubiyyətindən sonra erməni xalqının yenidən onun partiyasını hakimi-mütləq etməsini dəyərləndirə bilmədi. Erməni xalqı xəstə təfəkkürün məhsulu olan “Böyük Ermənistan” virusundan xilas olmaq naminə Paşinyanın hərb meydanındakı məğlubiyyətinə səs verdi. Baş nazirləri də “mən Ermənitana vahid kadastr qoymaq istəyirəm deyərək” başının əhəng daşına dəydiyi təəssüratını yaratdı.

Uzun çəkmədi. Ermənisanın Fransanın girovunda olduğu, Qərbin Cənubi Qafqazla bağlı çirkin planının maşasına çevrildiyi həqiqət müstəvisinə çıxdı. Sülh razılaşmasına hazır olduqlarını dəfələrlə bəyan edən rəsmi İrvanın sükançısı dərəyə düşən ölkəsini uçurumun sonuncu dib nöqtəsinə sürükləyir.


Ermənistan militarizasiyaya məruz qalıb, sürətlə  silahlandırılır. 30 il qonşusu Azərbaycanın torpaqlarını işğalda saxlayaraq həmin ərazilərdə daşı-daş üstündə qoymayan vəhşilik özünü demokratiya, insan haqqları carçısı kimi sırıyan Qərbin qan saçan dəstəyi ilə yenidən vüsət ala bilər. Halbuki BMT indi kağız parçası olan o dövrün 4 qətnaməsi ilə Ermənistanın qəsbkar olduğunu təsdiqləmişdi. İndi həmin qəsbkara açıq dəstək olmaq şeytana xidmət etməkdir.  

Azərbaycanın erməni vandalizmdən hansı məşəqqətlər yaşadığını əks etdirən bütün dəhşətli faktların qarşısında kor və kar olan beynəlxalq təsisatlar 44 günlük müharibə günlərində yenə həyasızlıq salaraq rəsmi Bakını prosesi dayandırmağa səsləyirdi. 30 il erməni vəhşiliyinə bir dəfə “dur” deməyənlər, 30 min dəfə bəyanat imzaladılar. Əlbəttə, biz deyən oldu. Biz deyən haqq deyəndir. Regionda sülhü Azərbaycan yaratdı.

Gülməlidir, deyilmi? Paşinyan sülh konfransına dəvət olunur, orada çıxış edir, gopa basır… Nə danşır danışsın, haqq eşidənlərin qulaqlarına bu sözlər çatır: “Hə mən Şuşada yallı gedirdim, Arsax dövlətinin yarandığını söyləyirdim, “Qarabağ Ermənistandır” deyirdim, Gəncədə, Tərtərdə, Bərdədə dinc azərbaycanlıları qətlə yetirirdim, mina xəritlərini vermirdim, Zəngəzur dəhlizinin açılamasına imza atmırdım, Sülh sazişini imzalamırdım”… Qərb elə bu kimi əməllər sahibini “sülh göyərçini” adı altında qarğa kimi uçurdar.

Bu budaqdan o  budağa qonmaq, ağacı budaq-budaq gəzmək dövlət rəhbərinə yaraşmaz, Nikol cənabları. Fransadan aldığın silah, Avropa İttifaqının hərbləşmiş missiyasını daha da genişləndirməsi, Aİ-nin özünü NATO kimi aparması, Kanadanın prosesə qoşulması, ABŞ-ın bu missiyaya daxil olacağı ehtimalının yüksək olması, Ermənistan müdafiə nazirinin NATO-nun mənzil-qərargahında rəhbərlərlə görüşməsi naşı rejissorun hazırladığı və səviyyəsiz olduğuna görə tamaşaçına zalı yarıda tərk etmək məcburiyyəti yaşadan tamaşadır.


Heç unutmarıq, Vətən müharibəsi ərəfəsində Azərbacan Prezidenti İlham Əliyev 35-ə yaxın nüfuzlu xarici KİV orqanına müsahibə verdi. Əksəriyyəti qərəzli və qeyri-obyektiv olan fikirlər əsasında hazırlanan suallar sərrast cavablara məruz qalaraq əriyib suya döndü. Müharibə bitən kimi o su ilə üzlərini yuyaraq ayılan həmin mətbu orqanların ölkələri xüsusən alternativ enerji sahəsində, Qarabağdakı tikinti-quruculuq, ticarət işlərində Azərbaycana əməkdaşlıq təklifləri ünvanladılar. 2022-ci il iyunun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanması mərasimində Ursula Von der Leyenin söylədiyi fikri xatıraladaq: Azərbaycan Avropanın "təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”.

Qərbə məsləhət görürük ki, Azərbaycan barəsində bir daha dəqiqliyi ilə öyrənsin. Açar hadislər də verək:

- Dünyanın bacarmadığı işi bacardı.

- İşğaldan azad olunmuş cəhənnəmə döndərilən ərazilərdə cənnət yaradır, həm də təkbaşına.

- Xankəndini erməni quldurlarından təmizləyib, həm də cəmi 23 saat 51 dəqiqəyə, həm də terrorçu "liderləri" başıları ayaqlaarı arasında bakıya gətirməklə.

- Türk ölkələri birliyinin genişlənməsi prosesində lokomativdir.

- Yürütdüyü siyasət bütün ölkələrlə dostluq münasibətinin yaradılmasına xidmət edir.

- Xalq dövlətinə sıx bağlıdır.


Ermənistanı yeni müharibəyə sürükləyib özünə gəlmək istəyən erməni xalqını bədbəxt etməyin. Bu gün küçələrə düşən Ukrayna xalqı sizə nifrət edir. Cənubi Qafqazı bölüşdürəsiz deyə, dinc insanların qətlinə fərman vermək dünyanın çox hissəsini hiddətləndirməkdir.

Qafqazda ikinci Ukrayna bədbəxtliyi yaratmaq məqsədi güdənlər Ermənistanı, ardından Moldavanı, sonra Gürcüstanı hədəf götürüblər. “Parçala hökm sür” mahiyyətli murdar siyasətin qarşısında sipər olmaq zamanıdır.

Ceyhun Musaoğlu